Azərbaycanda tanınmış həkim vəfat etdi
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Bu barədə jurnalist Səlim Əzizoğlu məlumat yayıb.
Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusdan dünyasını dəyişib. Doğrudan da, ölüm yaxşıları aparır... Aprel döyüşləri zamanı öz iş yerində səngərdə olan, onlarla əsgərimizi həyata qaytaran Teymur doktoru koronavirusun cəngindən qurtarmaq mümkün olmadı. Mərkəzi Hərbi Hospitalın həkimi, gözəl insan Teymur Cəfərov bu səhər vəfat etdi" -o bildirib.
Qeyd: Teymur Cəfərovun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülmüşdü. O, Mərkəzi Hərbi Hospitalda EKMO ciahazına qoşulmuşdu.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 31-07-2020, 13:02