Xankəndi əhalisi şəhərdən qaçıb - Erməni KİV
Xankəndidə şəhər əhalisinin 30%-i qalıb.
KONKRET.az xəbər verir ki, bunu “Qraparak” qəzetinə açıqlamasında Xankəndinin “meri” David Sərkisyan deyib.
O, Xankəndi səmasında zərbə PUA-larının görünmədiyini də bildirib.
Əslində isə Xankəndidə ümumiyyətlə yalnız hərbçilərin qaldığı qeyd edilir.
Hələ bir həftə öncə Xankəndidən hazırlanan reportajda şəhərdəki binalardakı mənzillərin hansındasa nadir hallarda işıq yandığına diqqət çəkilmişdi.
Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnaçakanyan Qarabağı 90 min erməninin tərk etdiyini açıqlamışdı. Azərbaycan bundan öncə dəfələrlə Qarabağdakı erməni əhalinin özünün vətəndaşları olduğunu və onların təhlükəsizliyinə hər cür şərait yaradacağını açıqlayıb./axar.az/
SON XƏBƏR / GÜNDƏM
Tarix: 4-11-2020, 17:08