Paşinyan 6 ay sonra üçün nə planlayır? - “Əgər qalib gəlsə...”
“Ermənistanda hökumət kabinetində kadr dəyişiklikləri ölkəni siyasi böhrandan çıxarmayacaq. Baş nazir Nikol Paşinyanın “Yol xəritəsi” təqdim edərək, altı ay vaxt istəməsi vəziyyətin normallaşması demək deyil. İlk növbədə Rusiyanın bu ölkədə siyasi təsir rıçaqları, əvvəlki illərdən fərqli olaraq daha çox Paşinyana təsir etmək iqtidarındadır”.
REPORTYOR.AZ xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Qarabağ müharibəsində məğlubiyyət Paşinyanı Moskvadan asılı vəziyyətə gətirib:
“Paşinyanda altı ay ərzində yenidən toparlanıb, Moskvanın təsirindən çıxmağı planlayır. İndi ona əvvəlki illərdən fərqli olaraq daha da xalqın dəstəyi lazımdır. Amma iki il ərzində ölkəni inkişaf etdirə bilməyən, ordunun dağılmasına gətirib çıxaran hakimiyyəti xalqın ona etimadını zəiflədib. Alternativlər də erməni cəmiyyəti üçün cəlbedici deyil. Sabiq DTK sədri və Vətən Partiyasının sədri Artur Vanetsyan Paşinyana əsas rəqib olsa da, onun Kremllə əlaqələri ermənilərin ona böyük dəstək verməsini istisna edir. Çünki müharibədə Rusiya onları müdafə etmədiyi üçün xalq ona etimad etmir”.
Politoloq qeyd edib ki, Qarabağda məğlubiyyət Ermənistanın siyasi sisteminə və vətəndaş cəmiyyətinə ciddi mənfi təsir edib. Ölkənin yenidən toparlanması və inkişafı, Avropaya inteqarsiya kursu uzun illər mürəkkəb olaraq qalacaq:
“İlk növbədə Ermənistan cəmiyyəti yeni bir hakimiyyət dəyişməsinə hazır olsa da, bu, yalnız çevriliş yolu ilə mümkündür. Rusiya sadəcə, Qarabağla bağlı vəziyyəti və müqavilələrin bağlnmasını Paşinyanla həyata keçirmək üçün onun hakimiyyətdə qalmasına müəyyən dərəcədə razılaşıb. Ermənistan siyasi elitası, cəmiyyəti Azərbaycan və Türkiyə ilə normal əlaqələrə malik bir sistemə keçsə, bu ölkə Rusiyanın forpostluğundan çıxa bilər. Baş nazir Nikol Paşinyan ölkəsini müharibədən sonrakı vəziyyətə hazırlayır və yeni bir siyasi mərhələyə keçməyi hədəfləyir. Bununla ölkəsində hakimiyyətini gücləndirmək və Rusiyanın təsirini zəiflətməkdir. Gələn il o, yay aylarına kimi növbədənkənar parlament seçkilərinə gedib, qalib gələrək hakimiyyəti əlində saxlayıb, anti-Rusiya dalğasına keçə bilər. Amma Paşinyan bu təzyiqlərə duruş gətirə bilməsə, hakimiyyəti ilə vidalaşacaq”. (cebhe.info)
SON XƏBƏR / GÜNDƏM
Tarix: 24-11-2020, 16:15