mobil versiya

Sergey Stankeviç: "Ölkə tezliklə tarixi məğlubiyyətlə üzləşəcək"



“Ermənistan və onun indiki lideri üçün qəti seçim anı gəlib. Ölkə tezliklə tarixi məğlubiyyətlə üzləşəcək. Nə NATO-nun, nə də ABŞ-ın onun köməkçiləri olmadığına əmin olan Nikol Paşinyan son vasitələrdən istifadə edir. Göründüyü kimi, o, Moskvadan müttəfiq öhdəliklərini yerinə yetirməsini birbaşa tələb etmək niyyətindədir. Həm çoxtərəfli (KTMT çərçivəsində) həm də ikitərəfli (Ermənistanda Rusiya hərbi bazasının olması barədə razılığa əsasən) ”

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış rus politoloq Sergey Stankeviç bildirib. O vurğlayıb ki, “Rəsmi Moskva üçün Qarabağda aparılan hərbi əməliiyatlara görə Azərbaycan və Türkiyə ilə münaqişəyə girmə ehtimalı qəbuledilməzdir. Rusiya tərəfdən belə bir hərəkət fəlakətli itkilərə səbəb ola bilər”.

“Qarabağ birmənalı olaraq Ermənistan ərazisi deyil. Bölgənin statusu heç İrəvan tərəfindən də tanınmır. Bütün bunlarıı nəzərə alan Moskvanın İrəvana birbaşa hərbi yardım tələbini rədd etmək üçün bütün əsasları var ”, – deyə Sergey Stankeviç bildirib.

Politoloq maraqlı təkliflə çıxış edib: “Nikol Paşinyanın indi edə biləcəyi ən yaxşı şey hərbi vəziyyət elan etmək, istefa vermək və hakimiyyəti hərbi şuraya verməkdir. Bu, həm münaqişə tərəflərini, həm də vasitəçi ölkələri məsələni ən dramatik nəticələrə gətirmədən vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün əlavə imkanlar açacaq”.


SON XƏBƏR / KARUSEL / GÜNDƏM / SİYASƏT
Tarix: 2-11-2020, 12:47