mobil versiya

Bakıda bələdiyyə sədri koronavirusdan öldü




Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib.

"Report"un əldə etdiyi məlumata görə, İ.Xəlilov bu gün 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xəlilov İlham Məmməd oğlu 6 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olub. 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilib.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 2-12-2020, 16:58