mobil versiya

Erməni terrorçusu: “Müharibə bitməyib. Diqqətli olun!” - VİDEO



Bir qrup erməni terrorçusu Şuşa yaxınlığında yerləşən erməni mövqelərini video-lentə alıb.

REPORTYOR.AZ xəbər verir ki, videoda Qarabağdakı mövqelərdən birində terrorçular vətəndaşlara göndərilən köməyə görə təşəkkür edilir və sayıqlıqlarını itirməməyə çağırırlar.

“Göndərdiyiniz bütün kömək bizə çatdı. Yemək, siqaret, qəhvəyə ehtiyacımız yoxdur. Ayın sonuna qədər məsələ həll olundu”, – deyə Volodya Avetisyan kamera qarşısında çıxış edir.

Kadrlarda erməni könüllülərinin gecələdiyi bir çadır, atəşkəsə əməl olunmasına nəzarət edən Rusiya sülhməramlılarının postu əks olunub.

Bundan sonra operator məsafədə Şuşaya işarə edir (qüllə aydın görünür).

“Biz Şuşadan 3-4 kilometr düz bir xəttdə yerləşirik”, – deyə terrorçu bildirir.

O qeyd edir ki, bu arada Azərbaycan hərbçiləri onlardan 500 metr aralıda hücuma keçdilər. Könüllünün sözlərinə görə, hücum nəticəsində Ermənistan tərəfdən yaralılar, Azərbaycan tərəfdən isə ölənlər var.

“Müharibə bitməyib. Diqqətli olun!” – terrorçu deyir.

“Şəxsən mən bu oğlanlara təşəkkür etmək istəyirəm. Bunlar postlarda əsl erməni oğullarıdır”, – deyə erməni separatçısı bildirir.

O, erməniləri iclas keçirməyə deyil, gəlib Qarabağ torpağını qorumağa çağırır.//armlur.az


SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 14-12-2020, 15:18