Sakinlərin Şuşaya köçürüləcəyi tarix açıqlandı - SON DƏQİQƏ
“Güman edirəm ki, ən azından gələn ilin yayında bir qısım insanların Şuşaya köçürülməsi baş verəcək”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, hazırda Şuşanın tam su təchizatı ilə bağlı az iş qalıb, bu istiqamətdə işlər yekunlaşır:
“Generatorlar vasitəsilə bütün şəhər işıqlanıdırılır. Şəhərdə 3-5 mərtəbəli binalar var ki, onlar dağdılmayıb. Həmin binalar təmir olunmalıdır. Onlar asanlıqla bərpa olunacaq və insanlar tezliklə ora köçürüləcəklər”.
SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 21-12-2020, 15:52