SON DƏQİQƏ: Hökumət yeni qərar verdi - TƏCİLİ!
Bu gün Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr Sərəncamından irəli gələn məsələlərin icrası məqsədilə “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, sərəncamda əsasən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir.
Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, bu Sərəncamın icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlər görsünlər.
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 14-01-2021, 17:53