Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı (VİDEO)
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın 10 noyabr üçtərəfli bəyanata imza atmasının səbəbini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistandan qoşunların işğal altındakı ərazilərdən çıxarılması üçün qrafik verilməsini tələb edirdi.
"Azərbaycan hərbi əməliyyatları o şərtlə dayandırmağa hazır idi ki, Ermənistan öz qoşunlarının bütün işğal edilmiş ərazilərdən çıxarılması üçün cədvəl versin. Lakin Ermənistan bundan imtina edirdi, halbuki bu tələb BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapmışdı”, - deyə H.Hacıyev əlavə edib.
Prezidentin köməkçisi qeyd edib ki, hərbi əməliyyatların strateji elementlərindən biri də onun nə zaman bitməsini bilməkdir.
"Müharibəni biz dayandırdıq, çünki strateji hədəflərimizə nail olduq”, - deyə H.Hacıyev əlavə edib.
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 26-01-2021, 12:15