mobil versiya

“Vaşinqton atəşi dərhal dayandırmağa çağırır”



“Vaşinqton Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir. 

“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində hücumlar barədə məlumatlardan dərin narahatdır. Biz Azərbaycan və Ermənistanı istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq” – bəyanatda qeyd olunur.

O, həmçinin qeyd edib ki, bu ərazidə münaqişənin hərbi yolla həlli ola bilməz.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

---
Tarix: 13-09-2022, 07:20