Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək
Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
Trend-in məlumatına görə, görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü 2022-ci ilin oktyabrında Praqada Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutmuşdu.
KARUSEL / SİYASƏT
Tarix: 8-05-2023, 13:29