mobil versiya

Qarabağın erməni sakinləri Laçın postundan maneəsiz keçib



Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib.
Məlumata görə, həmin nəqliyyat vasitələrinin içərisində 29 nəfər şəxs olub. Onlardan 6-sı BQXK-nin üzvü, 9-u sürücü, 9 nəfəri xəstə, 4 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisidir.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Qeyd edək ki, Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhəd buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb. Xankəndidən Gorus istiqamətində mülki vətəndaşların buraxılış məntəqəsində rəsmiləşdirilmə prosesi həyata keçirilib.






KARUSEL / CƏMİYYƏT
Tarix: 15-08-2023, 12:12