mobil versiya

Azərbaycandakı diplomatik korpus üzvlərinin Ağdama səfəri başa çatıb



Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başa çatıb.
Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçilər daxildir.
Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olublar.
Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib. Qonaqlar şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olublar.
Qeyd edək ki, akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndə heyətinə rəhbərliyi Hikmət Hacıyev edib. Nümayəndə heyəti ilk olaraq ermənilər tərəfindən dağıdılmış Ağdam-Bərdə yolunun Baş Qərvənd kəndi ərazisindən keçən vaxtilə ermənilərin dağıtdığı Xaçın çayı üzərində inşa olunan körpü ilə tanış olublar. Bundan başqa, onlar Ağdam-Xankəndi yolunda olublar. Daha sonra isə Ağdam Konfrans Mərkəzində olublar.
KARUSEL / GÜNDƏM
Tarix: 16-08-2023, 16:34