Erməni separatçılarının Qarabağda törətdiyi zorakılıq və terrorizm faktları gözardı edilməməlidir - Pakistanlı ekspert
Erməni separatçılarının Qarabağda törətdiyi zorakılıq və terrorizm faktları gözardı edilməməlidir.
Bu barədə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm deyib.
"Erməni tərəfinin hücumları bir çox azərbaycanlının həyatını təhlükəyə məruz qoyub. Ermənistanın Qarabağ bölgəsinə müdaxiləsi qurbanların və terror aktları nəticəsində yaralananların sayının artmasına səbəb olub", - deyə o, vurğulayıb.
Ekspert ədalətli olaraq qeyd edib ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və Qarabağdakı vətəndaşlarının terror təhdidlərindən təhlükəsizliyini qorumaq üçün tam hüquqa malikdir.
"Azərbaycanın polis əməkdaşlarının erməni silahlı qüvvələrinin Qarabağda yerləşdirdiyi minaya düşərək faciəvi şəkildə həlak olması Azərbaycan Ordusu tərəfindən qanunsuz erməni silahlılarına qarşı antiterror tədbirlərinin keçirilməsi ilə nəticələndi. Bu addım Azərbaycanın Qafqazda sülh və sabitlik naminə terrorçuluqla mübarizəyə sarsılmaz tərəfdarlığını vurğulayır. Azərbaycan antiterror tədbirlərinə yalnız erməni separatçı qüvvələri tərksilah olacağı və reinteqrasiya barədə danışıqlar keçirməyə razı olacağı təqdirdə son verəcəyini bildirib", - deyə o, əlavə edib.
Xalid Teymur Əkrəmin sözlərinə görə, Bakı daima İrəvanla münasibətlərin normallaşmasını dəstəkləyib, lakin Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi Cənubi Qafqazda davamlı sülh yolunda maneə olaraq qalır.
"Azərbaycan Ordusunun məntiqi olaraq əsas diqqəti mülki əhalinin təhlükəsizliyinə yönəltməklə Qarabağdakı qanunsuz erməni silahlı qüvvələri və terrorçuları ilə mübarizədə qətiyyətini və rəşadətini yüksək qiymətləndirirəm. Azərbaycanın qələbəsi regional sülhün və sabitliyin qələbəsi deməkdir", - deyə ekspert son olaraq deyib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.
Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.(trend)
KARUSEL / SİYASƏT

Tarix: 21-09-2023, 18:11