Sürücülərin diqqətinə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA tərəfindən COP29 zolaqlarının təşkili prosesi davam etdirilir.
Reportyor.az xəbər verir ki, bu barədə AYNA məlumat yayaraq son iki gündə görülən işləri təqdim edib.
Parlament prospekti, Mehdi Hüseyn küçəsi, Mikayıl Müşfiq küçəsi, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Bülbül prospektində həyata keçirilib.
31 oktyabr tarixinədək minik avtomobilləri COP29 zolaqlarından istifadə edə bilər!
Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək.
Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aiddir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-10-2024, 15:35