Qəzzanın böyük ərzaq karvanı zorakılıqla talan edilib
109 yük maşınından ibarət karvan noyabrın 16-da Qəzzaya keçdikdən sonra zorakılıqla talan edilib və nəticədə 98 yük maşını itib.
Reportyor.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi - UNRWA-nın yardım rəsmisi mediaya bildirib.
BMT agentlikləri UNRWA və Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən təmin edilən ərzaq karvanı İsrail tərəfindən qısa müddətdə Kerem Şalom keçidindən naməlum marşrutla yola düşmək tapşırılıb: "Bu insident Qəzzanın cənubuna və mərkəzinə yardımın gətirilməsi ilə bağlı çətinliklərin ciddiliyini vurğulayır".
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:25