mobil versiya

Topdansatış mağazasında istehlaka yararsız qida məhsulları aşkarlanıb



Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib.

Reportyor.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.


KARUSEL / CƏMİYYƏT
Tarix: 14-02-2025, 12:31