mobil versiya

Messiyə inanılmaz təklif: İstədiyi məbləğdə, istədiyi müddətə müqavilə



“Əl-İttihad”ın prezidenti Ənmar Əl-Xayli “İnter Mayami”nin hücumçusu Lionel Messini nəyin bahasına olursa olsun transfer etməyə hazır olduğunu bildirib.

Xarici KİV xəbər verir ki, o, bunu söyləyib:

“Messi “Əl-İttihad”a keçməyə hazırdırsa, ona istədiyi məbləğdə pul qazana biləcəyi bir müqavilə təklif edəcəm. İstənilən müddətə – hətta ömürlük belə. Mənim üçün pulun əhəmiyyəti yoxdur, sadəcə tarixin ən böyük futbolçusu Messini transfer etmək istəyirəm”.

Argentinalı futbolçu payızda “İnter Mayami” ilə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadıb və bu da başqa yerə transferinə çox ehtimal edilməyib. Lakin forvard başqa yerdə şansını sınamaq qərarına gəlsə, Səudiyyə Ərəbistanında xoş qarşılanacaq.
Messi 2023-cü ilin yayından bəri “İnter Mayami”də oynayır. (Komanda.az)


Reportyor.az 






KARUSEL / İDMAN
Tarix: 14-01-2026, 12:32