Əhaliyə BƏD XƏBƏR: Bu evlərin qiyməti kəskin bahalaşacaq - VİDEO
Rusiya və Ukrayna arasındakı müharibə digər sektorlara olduğu kimi, tikinti bazarına da təsirsiz ötüşməyib.
REPORTYOR.AZ xəbər verir ki, hazırda tikinti materiallarının qiymətində kəskin artım müşahidə olunur.
Satıcılar da deyir ki, qiymət artımı səbəbindən alıcılar inşaat mallarına maraq göstərmir. Mövcud vəziyyət mənzil bazarına da ciddi təsir göstərəcək.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev AZTV-yə bildirib ki, tikinti materialları üzrə qiymətlərin qalxması, yeni tikilən hündürmərtəbəli mənzillər və fərdi həyət evlərinin qiymətinin bahalaşmasına səbəb ola bilər. O həmçinin deyib ki, hazırkı vəziyyət tikintinin həcminin azalmasına da gətirib çıxara bilər.
Ətraflı süjetdə izləyə bilərsiniz:
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 8-04-2022, 12:00