mobil versiya

Dekabrın sonuna qədər İlham Əliyev və Paşinyanın görüşü baş tutacaq - Erməni parlamentinin sədri açıqlama verdi



“Ola bilsin ki, dekabr ayının sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq”.
Azpost.info bildirir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.
Onun sözlərinə görə, görüşün harada baş tutması barədə məlumat yoxdur. “Biz görüşlərin yalnız Brüsselldə keçirilməsi ilə məhdudlaşmırıq. Biz istənilən əhatəli müzakirələrə hazırıq. Dünən Baş nazir müavinlərinin üçtərəfli görüşü olub. Orada növbəti görüş barədə razılıq əldə edilib”-deyə Simonyan bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü dekabrın 7-nə təin olunmuşdu. Lakin Paşinyanın Fransa prezidentinin görüşdə iştirakını israr etməsi ilə Prezident İlham Əliyev bu görüşü rədd edib.

MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 7-12-2022, 16:41