mobil versiya

ABŞ Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmən tanıdı



ABŞ Nümayəndələr Palatasının “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib.

BAKU.WS xəbər verir ki, Palatada keçirilən səsvermədə 405 deputat lehinə, 11 deputat əleyhinə səs verib.

Beləliklə, Demokratlar Partiyasının üzvü Adam Şiff tərəfindən apreldə təqdim edilən qanun layihəsi qəbul edilib. Lakin, qanun layihəsinin qüvvəyə minməsi üçün Senatdan da keçməlidir.

     

                                                              Adam Şiff

Qərara Türkiyə rəsmiləri səsrt mövqe bildiriblər:

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç qərarın tarixi həqiqətdən uzaq olduğunu, obyektiv və tərəfsiz araşdırma edilmədən verildiyini söyləyib. O, bu qərarın Türkiyənin şanlı tarixinə ləkə sürə bilməyəcəyini bildirib.


Türkiyə Xarici İşlər Nazirliyi daxili siyasətə hesablanaraq qəbul edilən bu qərarın heç bir tarixi və hüquqi əsasının olmadığını açılayıb:
““Barış bulağı” Hərəkatımızın qarşısını ala bilməyib bundan məyus olanlar bu yolla ölkəmizdən qisas alacaqlarını düşünməkdə yanılırlar. Çünkü bu qərarın Türkiyə hökuməti və xalqı qarşısında heç bir etibarı yoxdur. Baş verən hadisələr siyasət sahəsi deyil, tarix elminin sahəsidir. Türkiyənin "Ortaq Tarix Komissiyası" qurulması istiqamətində 2005-ci ildə etmiş olduğu təklifin Ermənistan tərəfindən rədd edildiyi xatırlanmalıdır”.



ABŞ-ın təktərəfli təhdidlərlə bir nəticə əldə edə bilməyəcəyi də bildirilib:

“ABŞ Konqresinini münasibətlərimizin əsası ilə əlaqədar olmayan məsələləri daxili siyasət mövzusuna çevirməkdən əl çəkməyə dəvət edirik. Müttəfiqlik və ortaqlıq münasibətlərimizə yaraşan şəkildə hərəkət etməyə və ABŞ hökumətini də münasibətlərimizə daha çox zərər verə biləcək addımların qarşısının alınması üçün lazımi tədbirlər görməyə çağırırıq”.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 30-10-2019, 10:20