mobil versiya

“Pokrovka Məhərrəm”in həbsinin təfərrüatları məlum oldu - VİDEO



Azərbaycanlı biznesmen, "Pokrovka Məhərrəm" adı ilə məşhur olan Məhərrəm Quliyev Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmə qərarına əsasən, M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə Rusiya ərazisindən çıxarılacaq.

REPORTYOR.AZ Virtualaz.org-a istinadən bildirir ki, bəzi məlumatlara görə, son vaxtlar M.Quliyev dəbdəbəli həyat tərzi sürüb, gizli kazinolarda böyük məbləğdə pullar uduzub. Sonuncu dəfə həbs olunduqda isə 3 milyon rubl girov müqabilində azad edilib. Nəticədə müəyyən müddət hüquq mühafizə orqanlarının gözündən yanına bilib.

Bu dəfə M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. Hazırda "Pokrovka Məhərrəm" xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir. Onun ölkədən çıxarılması ilə bağlı qərarı Volqoqrad vilayəti Novonikolayevski rayon məhkəməsi verib.

Qeyd edək ki, "Pokrovka" ləqəbini M.Quliyev Pokrovski tərəvəz bazası sayəsində alıb. O, Qərbi Buryulevoda Pokrovka tərəvəz bazasında böyük topdansatış obyektinə sahib olub. Baza 2013-cü ildə kütləvi iğtişaşlardan sonra bağlanıb.


M.Quliyev bazarın ərazisinə daxil olan hər arabadan müxtəlif məbləğlərdə 500-3000 dollar arası haqq alıb. O, hazırda sağ olmayan "Rövşən Lənkəranski"nin qruplaşmasına daxil idi.

Bir neçə il əvvəl M.Quliyev yaşadığı ünvanda polis əməkdaşları tərəfindən saxlanılmışdı. Domodedovo məhkəməsi tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Ev dustaqlığında olmasına baxmayaraq "Pokrovka Məhərrəm" dostları ilə restoranları gəzib, kef məclisləri qurub, təntənəli mərasimlərdə videçarxlar çəkib. Bir müddət sonra isə gizlənməyə müvəffəq olub. Nəhayət, barəsində federal axtarış elan olunub.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / VİDEOXƏBƏR
Tarix: 31-10-2019, 12:00