mobil versiya

Dünya əhalisinin sayı 10 milyard 300 milyona çatacaq



2080-ci illərin ortalarına qədər dünya əhalisinin sayı 10 milyard 300 milyona çatacaq.
Bu barədə BMT -nin yeni hesabatında deyilir.
Hazırda planetin əhalisi 8,2 milyard nəfərdir.
BMT-nin hesabatı bir sıra demoqrafik tendensiyaları müəyyən edir. Xüsusilə, hazırda dünya əhalisinin əsrin sonunda (2100) on il əvvəlkindən 6% az olacağı gözlənilir. Qlobal miqyasda hər dörd nəfərdən biri əhalisi artıq pik həddə çatan ölkədə yaşayır.
63 ölkədə əhalinin sayı 2024-cü ilə qədər pik həddə çatacaq. Xüsusilə Çin, Almaniya, Yaponiya və Rusiya kimi ölkələrdən söhbət gedir.
Dünyada əhalinin sayında kəskin artım müşahidə olunur. BMT-nin Əhali Fondu 2011-ci ildə dünya əhalisinin 7 milyard nəfəri keçdiyini bildirib.

MARAQLI / KARUSEL
Tarix: 15-07-2024, 12:58