mobil versiya

Ərəb dünyasının incisi - Küveyt



Küveyt zəngin tarixi, mədəniyyəti və müasir memarlığı ilə ərəb dünyasının incisi kimi tanınır. 
AZAL Küveytin gəzməli-görməli yerlərini təqdim edir.

Küveyt qüllələri
Ölkənin simvolu olan bu üç qüllə müasir memarlığın şah əsəri hesab edilir. Qüllələrdən biri su saxlama funksiyasını yerinə yetirir, digərləri isə restoran və müşahidə meydançası kimi xidmət edir. Buradan şəhərin möhtəşəm mənzərəsini seyr edə bilərsiniz.


Şeyx Cabir mədəniyyət mərkəzi
Küveyt Opera Evi olaraq da tanınır. Dörd binadan ibarətdir və həndəsi torla örtülüdür. Binanın mürəkkəb naxışları gecə işıqlandırıldığında möhtəşəm vizual effekt yaradır.

 “Al-Shaheed” parkı
Müasir memarlığın və təbiətin harmoniyasını əks etdirir. Parkda göllər, botanika bağı və muzeylər mövcuddur. Burada həmçinin açıq havada konsertlər və digər mədəni tədbirlər keçirilir.

Böyük məscid
Küveytin ən böyük məscidi islam memarlığının nümunəsidir. Məscidin daxilində nəhəng çilçıraqlar və gözəl mozaikalar mövcuddur.
AZAL bu gözəllikləri görmək üçün hər çərşənbə və şənbə günləri yerinə yetirilən reyslərindən yararlanmağa dəvət edir.


MARAQLI / KARUSEL
Tarix: 3-09-2024, 12:37