mobil versiya

Vüsalə Əlizadənin ATV-dən getməyinin ƏSL SƏBƏBİ



Ötən gün aparıcı Vüsalə Əlizadənən ATV kanalından ayrıldığı xəbəri yayıldı .

REPORTYOR.AZ xəbər verir ki, aparıcı "İnstagram" hesabında bu xəbərin yalnış olduğunu və əsl səbəbi açıqlayıb. Belə ki. Vüsalə bildirib ki, bütün dünyanı cənginə alan koronavirus bəlasına o da yoluxub:

"Hər vaxtınız xeyir əzizlərim. Çox təəssüflər olsun ki,nə qədər qorunsam da,mən də dünyamızı cənginə almış bu sağlıq müharibəsinin iştirakçısı oldum. Hardan,kimdən ,necə gəldiyi bəlli deyil,hər dəfə efirdə də deyirdim bu virusa yoluxmaq oğurluq,əyrilik deyil,bütün dünya varlı,kasıb,məşhur hamı yoluxur və yoluxacaq! 2 həftədir işdə yoxam qaydalara görə karantində olmalı idim oldum da!Ölkənin bu vəziyyətində,"Ay camaat mən xəstələnmişəm aaaa xəbəriniz olsun" deyib car çəkməyi ayıb bildim,çünki 3 minə yaxın ailə yas,acı içindədi,kimin nəyinə lazımdır axı bu məlumatlar,dərdimiz başqadır!İstəmədim bu günlərdə yersiz başlıqla xəbər manşetlərində görünüb insanların həssas məqamında qıcıq yaradanlardan olum,özümə yaraşdırmıram!Artıq heç kim üçün qeyri adi hadisə deyil,hamımız alışdıq,öyrəşdik və çox sıradan qəbul etdik bu virusu,şişirdiləcək heç nə yoxdur!Çox şükürlər olsun ki,özümü yaxşı hiss edirəm və çox pozitiv qarşıladım belə də bitirdik!Amma nə qədər ki,Azərbaycanda savadsız,məntiqsiz xəbər səhifələri olacaq,heç vaxt inkişafdan söz gedə bilməz!Vüsalə qaçmayıb,əlaqə yaradıb bir kəlmə məlumat alıb doğru olanı yazıb hörmətli xəbər çıxarardız ortalığa,yenə də təəccüblənmirəm. Yeni ildən görüşərik inşAllah mənə görə narahat olan yazan,zəng edən,axtaran bütün dəyərli dost,tanış və izləyicilərim var olun

MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 30-12-2020, 14:21