mobil versiya

Verilişi bağlansa da əməkhaqqı alan Tolik "Xəzər"dən getdi




Prodüser Tarix Əliyev (Tolik) uzun müddətdir çalışdığı "Xəzər" kanalı ilə yollarını ayırıb.

REPORTYOR.AZ xəbər verir ki, bu haqda Tolik özü bildirib. O, aparıcısı olduğu “Hər şey daxil” proqramı bağlansa da, hər ay əməkhaqqı aldığını da qeyd edib:

“5 ilə yaxındır çalışdığım, məni sizə daha yaxından tanıtdıran doğma “Xəzər”imizdən ərizəmi yazaraq ayrıldım. Bu illər ərzində bir çox peşəkar aparıcıların qarşısına çıxıb onlara reytinqdə öz sözümü deməyi bacardım. Hər aparıcı tamaşaçı sevgisini qazana bilmir.

Baxmayaraq ki, Murad müəllim vəzifəyə gələn ilk gün “Hər şey daxil” verilişi bağlandı, amma mən bu günə qədər “Xəzər” kanalının əməkdaşı olaraq hər ay əməkhaqqımı aldım.

Düşünürəm ki, bu gün də ərizəmi yazmasaydım, hələ uzun müddət də maaşımı alacaqdım. Bundan sonra atdığım addım izləyicilərimi və məni çox sevindirəcək”.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-10-2021, 12:42