Bakıda kişi oğurluğa getdiyi evin zirzəmisində öldürüldü

REPORTYOR.AZ xəbər verir ki, bu badərə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.
Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səfərov saxlanılıb.
Hüquq-mühafizə orqanlarından “oxu.az”a verilən məlumata görə, cinayət günorta saatlarında Murtuza Muxtarov küçəsindəki 185 nömrəli yaşayış binasının zirzəmisində baş verib.
Belə ki, sözügedən ərazidə 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu döş qəfəsindən bıçaqlanıb. O, hadisə yerində ölüb.
Belə ki, hadisə zamanı yaxınlıqda olan gənclərdən biri D.Allahyarovu təqib edib və binanın zirzəmisində onu yaralayıb.
Cinayətdə təqsirləndirilən şəxs tutulub. Adı hələlik açıqlanmır.
Qeyd edək ki, son 24 saatda Bakıda iki qətl hadisəsi baş verib. Hər iki cinayətdə qurbanlar kişi olub. İkinci ağır cinayət Xətai rayonunda qeydə alınıb
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 25-10-2019, 13:21