mobil versiya

Rusiyada xuliqanlıq edən azərbaycanlı təyyarədən belə endirilib – Video



Martın 11-də Orenburq-Moskva təyyarəsində xuliqanlıq edən 37 yaşlı azərbaycanlının saxlanılma anının videosu yayılıb.


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, ətrafdakılara qarşı aqressiv davrandığı üçün təyyarənin pilotu dayanacağa qayıtmaq qərarına gəlib.

Polis azərbaycanlını laynerdən endirməyə çalışarkən onun müqaviməti ilə üzləşib. O, qışqıraraq təyyarə biletinə pul verdiyini və polisdən həmin məbləği qaytarmalarını istəyib. Bu isə digər sərnişinlərin gülüşünə səbəb olub.

Qeyd edək ki, azərbaycanlıya 2 il 1 ay həbs cəzası verilib. O, cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


SON XƏBƏR / BANNER / HADİSƏ
Tarix: 13-11-2019, 16:20