mobil versiya

Çindən gələn daha bir nəfər xəstəxanaya yerləşdirilib – RƏSMİ




Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayının 12-si saat 17:30-da yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib.

REPORTYOR.AZ
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə xəbər yayıb.

Verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. Pekindən Abudabi şəhərinə, fevral ayının 12-si isə Abudabidən Bakıya gəlib.

Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub.

Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Onların bir hissəsi karantin müddəti bitdiyindən evlərinə buraxılıblar.

Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 13-02-2020, 10:20