Əhaliyə VACİB MÜRACİƏT: Düşmənə sirr verməyin!
"Bəzi şəxslər cəbhə bölgəsinə gedirlər. Hardansa məlumat toplayırlar və düşmənin istifadə edəcəyi şəkildə onu yayırlar".
Busözləri ehtiyatda olan polkovnik, hərbi məsələlər üzrə ekspert Şair Ramaldanov bildirib.
O əlavə edib ki, bəzi məlumatları düşmənin dəyirmanına su tökmək kimi qiymətləndirmək olar: "Çünki döyüş vəziyyəti olan yerdə, atışma gedən ərazidə hərbi vəziyyət elan olunmasa da, hərbi vəziyyətə aid qanunlar işləyir. Bu hərəkətlərlə biz orada savaşan hərbçilərimizin vəziyyətini daha da pis duruma salmayaq.
Biz təmas xəttində döyüşlərə sinə gərə və düşmənin təxribatlarının qarşısını ala bilirik. İnformasiya müharibəsində cəmiyyət bir olmalı və verilən məlumata diqqətlə yanaşmalıdır".
Qeyd edək ki, cəbhə bölgəsində vəziyyətin gərgin olduğu müddətdə sosial şəbəkələrdə təxribata bərabər xəbərlər yayılır. Əslində Müdafiə Nazirliyinin rəsmi xəbərlərindən savayı heç bir məlumat paylaşılmamalıdır. Yalnız və yalnız rəsmi mənbələrə inanmaq tövsiyə olunur.
Əfsuslar olsun ki, bəzi şəxslər döyüşlərin baş verdiyi Tovuzun kəndlərindən görüntülər çəkərək sosial şəbəkədə yayırlar. Halbuki bu görüntülərlə həmin şəxslər bilmədən və istəmədən düşmənə kömək etmiş ola bilərlər.//BAKU.WS
SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 17-07-2020, 12:45