mobil versiya

Bu ölkədə vaksinin klinik tərcübələri yekunlaşdı, peyvəndləmə aparılacaq




"Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksinin klinik sınaqları yekunlaşıb".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

O qeyd edib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır.

Nazir həmçinin Rusiyada kütləvi peyvəndləmənin anonsunu da verib: “Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq”.

Onun sözlərinə görə, vaksinasiyadan ilk növbədə tibb işçiləri və müəllimlər keçəcək.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 1-08-2020, 13:26