mobil versiya

Atası Kəramət Böyükçölün saxlanılmasından DANIŞDI - "Oğlum düz etməyib..."




Gənc yazar Kəramət Böyükçöl polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, Kəramət Böyükçölün qonşularının şikayəti əsasında saxlanıldığına dair məlumatlar var.

Bununla bağlı Sonxeber.az-a danışan atası Qəşəm Nəcəfzadə bildirib ki, rayondadır, nə baş verdiyindən xəbərsizdir:

"Mən rayondayam, oğlumun saxlanılmasından xəbərim yoxdur. Kəramətin saxlanılmasını indi sizdən eşidirəm. Nə baş verdiyini bilmirəm. Kəramət canlı yayımda söylədikləri ilə böyük səhv edib. Mən oğluma haqq qazandırmıram. O, düz etməyib".
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 18-08-2020, 17:48