mobil versiya

Müdafiə Nazirliyi: Bugünkü döyüşlərdə aviasiya vasitələri tətbiq olunmayıb




Ermənistan tərəfinin guya bu gün aviasiya vasitəsilərimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.

Bu barədə REPORTYOR.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb", - məlumatda vurğulanıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 29-10-2020, 12:51