mobil versiya

ABŞ-da keçirilən seçki bitkoinə müsbət təsir edir




Ən çox istifadə olunan kriptovalyuta olan bitkoin bu gün keçirilən hərraclarda bahalaşıb.

“Report” “Coin MarketCap”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 11.06-ya olan vəziyyətə görə, bitkoin orta hesabla 4,11 faiz bahalaşaraq 14 339 ABŞ dollarından, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 3,98 faiz bahalaşaraq 14 345 dollardan satılıb.

Bütövlükdə kriptovalyutalar bazarının 64,7 faizi bitkoinin payına düşür.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 5-11-2020, 13:57