mobil versiya

XÜSUSİ TƏYİNATLIMIZ: "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"




“Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, “limonka” ilə döyüşə gedirdik. Bizi nə gözlədiyini bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi, çünki onlar bizim oradan, yollardan hücum edəcəyimizi güman edirdilər”.


REPORTredaktor.az-a istinadla xəbər verir ki, bu sözləri Qarabağ müharibəsi qazisi, Şuşa döyüşlərinin iştirakçısı Alik Məmmədov deyib.
O bildirib ki, heç bir insanın ağlına gəlməyəcəyi sıldırım qayaları dırmaşıblar:

“Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın (Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülmüşdü. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik.



Dəqiq deyə bilməyəcəm, təxmini desəm, həmin hücum anında 40-a yaxın ermənini bıçaqla vurmuşam. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı, bu zaman tapşırıq əsasında dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu.

Şuşa döyüşü onlara bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını göstərdi. Düşmən Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah sursat və canlı qüvvə ilə təmin edilmişdi. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saata alındı”.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 25-11-2020, 15:33