mobil versiya

“Evimi sökənlərin arxasında icra başçısı Asif Əsgərov dayanır” – Bakıda tikinti şirkətinin özbaşınalığı FOTO VİDEO



Bakıda vətəndaşın evi qanunsuz olaraq sökülüb. Vətəndaş iddia edir ki, mənzilində olan əşyalar da oğurlanıb.

REPORTYOR.AZ  Musavat.com istinadə xəbər verir ki, Nəsimi rayonunda yaşayan Mansur Ələkbərov haqsızlığa məruz qaldığını bildirir.

M.Ələkbərov söyləyir ki, evinin qanunsuz sökülməsinin səbəbkarlarından biri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.

Narazı vətəndaş qeyd edir ki, evinə ödənən kompensasiya ilə razı olmadığı halda məhkəmə qərarı olmadan mülkiyyəti dağıdılıb.

Tikintini aparan şirkət kimi “Marin Grup” və “Gloria Palace” göstərilir. Adı çəkilən şirkətlərdən hansının tikintiyə və söküntüyə nəzarət etdiyini vətəndaş özü də bilmir.

“Mənzillər sökülən zaman sakinləri “Olympus Park” şirkətinin ofisinə çağırırdılar. Əvvəl elə bilinirdi ki, tikinti bu şirkətindir. Sonra deyildi ki, “Marin Grup” və ya “Gloria Palace” tikintiyə nəzarət edir və sadəcə “Olympus Park”ın ofisində otururlar. Bu şirkətlərə icra başçısı, deputat nəzarət edir”, – deyə, vətəndaş şikayətində qeyd edir.

Mövzu ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da telefon zənglərimizə cavab verən olmadı.

Söküntü aparılan ərazidən hazırlanan videoreportajı təqdim edirik:









SON XƏBƏR / GÜNDƏM
Tarix: 20-12-2020, 01:34