mobil versiya

Rus sülhməramlı zabitinin ölümündə Vladimir Solovyovun da əli olub - ƏTRAFLI




Bir neçə gün əvvəl Rusiya sülhməramlılarının bir zabiti Şuşa yaxınlığında minya düşüb həyatını itirdi. Münaqişə bölgəsində belə halların olması təəccüblü deyil, bəlkə də adi haldır. Amma təəccüblü olan bu xəbərin üstündən erməni və rus mətbuatının sükutla keçməsidir. Azərbaycan tərəfinin ən xırda hərəkətini uzun müddət diqqətdə saxlayan və onu beynəlxalq ictimaiyyətə həzm etdirməyə çalışan ermənilər bu hadisənin üstünü heç vurmadılar. Əslində başqa cür reaksiyanı gözləmək də sadəlövhlük olardı.

Çünki həmin əraziləri ermənilər minalamışdı. Özüdə noyabrın əvvəllərində. Təkcə, Şuşa ətrafını deyil, bütün boşaltdıqları əraziləri də. Əminəm ki, Kəlbəcərin təslim edilməsinin 10 gün gecikdirilməsinin də bəlkə də əsl səbəbi bu idi. Yəni rayonda geniş miqyasda minalanmış sahə yaratmaq və azərbaycanlılara daha çox ziyan vurmaq. Bu, ermənilərin mahiyyətindən irəli gələn vəhşilikdir. Njdenin faşist ideologiyasına yoluxan bu zavallılar Qarabağ və ətraf əraziləri tərk edəndə ağacları belə qırdılar. Quru binaları, daş səkiləri belə dağıtdılar. Çünki bu, onların xəstə təxəyyüllərindən irəli gəlir. Özlərindən başqa bütün xalqlara, bütövlükdə isə insanlığa yuxarıdan aşağı baxırlar. Və Tanrı nemətlərini özlərindən başqa heç kimə rəva görmürlər. Ona görə də onların köməyinə gələn rus sülhməramlılarına belə xor baxırlar.

Mən hərbçi deyiləm. Amma bilirəm ki, minalanmış sahələrin xüsusi xəritəsi olur. Yəqin ki, ermənilərdə də nəinki ətraf rayonlarda, eləcə də Xankəndində, Əskəranda, Şuşa ətrafında və digər ərazilərdə nə qədər mina basdırırıldığını başda Arayik Arutyunyan olmaqla çoxları bilir. Bəs niyə o xəritənı üzə çıxartmırlar? Azərbaycan tərəfinə təqdim etməmələrini başa düşdük, bəs rus sülhməramlılarına bu xəritə niyə verilmir? Bu sualı başqa cür də qoymaq olar: Rus sülhməramlıları ermənilərdən minalanmış xəritəni niyə tələb etmir? Axı bu xəritə əldə olsa, minalardan təmizləmə əməliyyatı daha sürətlə aparılar. Təsadüfi deyil ki, bu vaxtadək ruslar vur-tut 150 hektar (?) ərazini minalardan təmizləyiblər. Deməli, ruslar da bu məsələdə o qədər də maraqlı deyillər. Ona görə də qazdıqları quyuya özləri düşürlər. Məşhur tamaşada deyildiyi kimi: “Öz cəzandır çək, Balaş…”

Qəribə burasıdır ki, Rusiya sülhməramlıların komandanlığı da, Rusiya Müdafiə Nazirliyi də bu məsələnin üstündən sükutla keçdilər. Azərbaycanın müdafiə naziri Zakir Həsənov faciə ilə bağlı Rusiya müdafiə naziri Sergey Şoyquya başsağlığı verdi. Amma Ermənistan Müdafiə Nazirliyi və Arayik Arutyunyan susdu. Baxmayaraq ki, noyabrın 9-da Azərbaycan tərəfindən təsadüfən vurulan helikopterə görə Ermənistan o yana qalsın, bütün Rusiya ayağa qalxdı. Putin həlak olmuş ekipaj üzvülərinə Rusiyanın milli qəhrəmanı səviyyəsində ehtiram göstərdi. Rusiya hökuməti həlak olanları hər tərəfli dövlət qayğısı ilə əhatə etdi. Amma Qarabağda nəcib bir missiyanı yerinə yetirən rus zabitinin ölümünə, nəinki Putin, heç nazirlik səviyyəsində reaksiya verən olmadı. Nə fərqi vardı ki, helikopterdəkilər də, Qarabağda minaya düşən də rus hərbçiləri idi. Bəs onda niyə hərbçilərə bu qədər fərq qoyulur? Deməli, torbada pişik var.

Ermənistanda ölən hərbçilər Rusiyaya siyasi dividend qazandırdı. Ona görə də onların ölümü az qala Rusiyada ümumxalq matəmi kimi qeyd edildi. Onların ölümündən cəmi bir neçə saat sonra tərəflər danışıqlar masasına əyləşdi. Deməli, helikopterin vurulması bəlkə də təsadü deyildi, Rusiyanın gizli planının bir parçası idi. Ona görə də bu məsələnin ətrafında Rusiya hökuməti əməlli-başlı siyasi qalmaqal təşkil etdi. Hələ elektron və yazılı rus mətbuatını demirəm. Həmin günlər solovyovlar, skabeyevalar, şeyninlər anqıra-anqıra anti-azərbaycan təbliğatı aparırdılar. Rusiyanı Azərbaycana hərbi müdaxiləyə təhrik edirdilər. Amma cavan bir zabitin minaya düşərək ölməsini erməni bulağından su içən solovyovlar, skabeyevalar və şeyninlər görməzliklərdən gəlirlər. Baxmayaraq o zabitin ölümündə Solovyov da, Skabeyeva da, Şeynin də mənəvi məsuliyyət daşıyır. Çünki o minanı Qarabağ torpaqlarına jurnalilistikaya ləkə olan  bu varlıqların müdafiə etdiyi ermənilər basdırıblar. Ona görə də rus zabitinin ölümündə ermənilərlə yanaşı Solovyov da, Skabeyeva da, Şeynin də eyni dərəcə də günahkardır. Yəni adını çəkdiklərimiz və çəkmədiklərimiz bütün ermənipərəst jurnalistlər sülhməramlı zabitin ölümünü təşkil edən erməni cəlladları ilə “souçastnik”dirlər.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 21-12-2020, 13:50