mobil versiya

Erməni ekspert ölkəsinin uğursuzluqlarını sadalayıb




“Ermənistan İkinci Qarabağ müharibəsində 5 minə yaxın canlı qüvvə itirib, 10 minə yaxını yaralanıb, təxminən 2 min nəfər itkin, 300 nəfər əsir düşüb”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Strateji Araşdırma Mərkəzinin direktoru Tiqran Arutyunyan baş nazir Nikol Paşinyanın 2,5 illik hakimiyyəti ilə bağlı feysbuk səhifəsində bildirib.

O, Ermənistanın uğursuzluqları ilə bağlı 11 fakt açıqlayıb.

Ermənilər hələ də iddia edirlər ki, Qarabağ və 30 ilə yaxın işğal altında saxladıqları torpaqlar onlara məxsusdur. Mərkəz direktoru hesabatda Ermənistanın ərazisinin 42 min kv km-dən 25 min kv km-dək azaldığını və Azərbaycanla sərhədin uzunluğunun 500 km-dək artdığını qeyd edib. Təəssüf ki, bəzi dövlətlər də ermənilərin bu avantürasına uyaraq Azərbaycanın işğaldan azad etdiyi ərazilərini ermənilərin öz evlərini tərk etməsi kimi qələmə verirlər. Bu müharibədə ermənilər Azərbaycan torpaqlarından çıxarılıb.

Ekspert bildirib ki, ötən 2,5 ildə Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşu “0”, xarici borc 8 mlrd ABŞ dolları, adambaşına düşən ümumidaxili məhsulun həcmi 7,5 faiz olub: “İri qızıl yatağı, enerji ehtiyatlarının 15 faizi, kənd təsərrüfatına yararlı torpaqların 10 faizi itirilib”.

T.Arutyunyan bildirib ki, Ermənistanda pandemiyaya qarşı mübarizə iflasa uğrayıb: “Koronavirusdan 3 min nəfər ölüb. Bu, dünya üzrə ən pis göstəricidir”.

O, təhsil sistemində də kollaps olduğunu vurğulayıb. Müəllif Sünik (Zəngəzur) vilayətindən 40 minə yaxın qaçqın olacağını bildirib.

T.Arutyunyan Ermənistan cəmiyyətinin parçalandığını və psixoloji cəhətdən sındığını qeyd edib.

O yazıb ki, Polis və Milli Təhlükəsizlik Xidmətinin yenidən qurulmasına baxmayaraq, öz səlahiyyətlərini icra edə bilmir.

Baş verən uğursuzluqlarda Azərbaycanı da ermənisayaq ittiham edən ekspert yazıb: “Ermənistanın beynəlxalq arenada subyektivliyini itirib, beynəlxalq münasibətlərin siyasi xəritəsindən silinib, yaxşı və sadəcə neytral əlaqələri olan müttəfiq ölkələri itirib”.

O, sonda bildirib ki, Ermənistanın pis vəziyyətə düşməsi üçün Nikol daha nəyi etməyib?
SON XƏBƏR / KARUSEL
Tarix: 28-12-2020, 15:30