mobil versiya

Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb




Kolumbiyada koronavirus (COVID-19) infeksiyasına 15 551 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə "Report"a ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 396 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 2 002 969 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 822 309 nəfər müalicə olunaraq sağalıb, 50 982 nəfər vəfat edib.


SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 24-01-2021, 10:20