Baku Medical Plazada növbəti bədbəxt hadisə - əməliyyat olunan Rəşad Mahmudov öldü
Bakıda özəl klinikaların birində ölüm hadisəsi baş verib.
Reportun xəbərinə görə, 1982-ci il təvəllüdlü Rəşad Mahmudov Baku Medical Plazada baş nahiyəsindən əməliyyat olunub.
Vəziyyəti ağır olan R.Mahmudov infrakt keçirərək dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 25-01-2021, 12:46