mobil versiya

Qızlar üçün məktəbləri və universitetləri yenidən açmaq üçün kampaniya başladıldı



Əfqanıstanda universitet professorları, qadın hüquqları fəalları və din xadimləri ölkədə qızlar üçün məktəb və universitetlərin yenidən açılması məqsədi ilə “Əfqan Qızlarının Təhsili” kampaniyasına başlayıblar.
"TOLO News"
xəbər verir ki, kampaniya təşkilatçılarının sözlərinə görə, son iki ildə ölkənin məktəb və universitetlərinin yenidən açılması ilə bağlı müraciətlərinə baxmayaraq, heç bir tədbir görülməyib. Onlar qızların məktəb və universitetlərə buraxılmasına icazə verilənə qədər təbliğat-təşviqat kampaniyasını davam etdirəcəklərini bildiriblər.
Din xadimi Fazl Hadi Vazeen deyib ki, Əfqanıstanda qızların təhsili üçün kampaniya milli təşəbbüs olaraq başladıldığını və bu kampaniya məktəb və universitetlərin qapıları qızların üzünə açılana qədər davam edəcək. Universitet müəllimi Abeda Məcidi bildirib ki, bu kampaniyanın məqsədi dövlət və özəl universitetlərdə altıncı sinifdən yuxarı olan tələbələrin və qadın tələbələrin hüquqlarını təmin etməkdir.
Qızlar üçün məktəblərin bağlanması həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda hiddət doğursa da, hələ də "Taliban" rejimindən qızlar üçün təhsil müəssisələrinin yenidən açılması ilə bağlı heç bir xəbər yoxdur.
KARUSEL / DÜNYA
Tarix: 6-07-2023, 12:10