mobil versiya

Sahibə Qafarova TBMM üzvlərini qəbul edib


Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğu qeyd edilərək, xalqlarımızı birləşdirən ortaq tarixi, dil, dini, milli-mənəvi dəyərlərin münasibətlərimizin əsasında dayandığı, xalqlarımızın hər zaman bir yerdə olduğu vurğulanıb. Bildirilib ki, ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var. Bu mənada, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Söhbətdə bu gün dövlət başcılarımızın liderliyi ilə ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti Azərbaycan-Türkiyə əlaqələrinin hər tərəfli inkişafında və müttəfiqlik səviyyəsinə çatmasında çox mühüm rol oynayır.


KARUSEL / SİYASƏT
Tarix: 22-05-2024, 15:17