Sahibə Qafarova Belarus Respublikasının Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Son bir ayı Azərbaycan-Belarus əməkdaşlığı ayı kimi qiymətləndirən Baş nazir deyib ki, bu dövr ərzində ölkə rəsmiləri arasında qarşılıqlı səfərlərin həyata keçirilməsində kifayət qədər intensivlik müşahidə olunub. Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana, Azərbaycan Baş nazirinin Belarusa səfəri, həmçinin Hökumətlərarası Komissiyanın Minskdə keçirilmiş növbəti iclası fonunda Milli Məclis sədrinin Belarusa səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına çox mühüm töhfələr verməklə yanaşı, əlaqələrimizin yüksək səviyyədə olduğunun göstəricisidir.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlərin rolu xüsusi vurğulanıb. Bildirilib ki, dövlət başçılarının əlaqələrimizin genişləndirilməsinə dair tapşırıqları müvafiq dövlət qurumları tərəfindən uğurla yerinə yetirilir.
KARUSEL / SİYASƏT
Tarix: 13-06-2024, 09:01