Qəzzada bu günə kimi 40 265 fələstinlini qətlə yetirilib, 93 144 nəfəri yaralanıb
2023-cü ilin oktyabr ayından Qəzza zolağında İsrailin davam edən soyqırımı nəticəsində ölənlərin sayı 40 265 şəhid və 93 144 yaralıya çatıb ki, onların da əksəriyyəti uşaq və qadınlardır.
Qəzzanın tibbi mənbələri bildirib ki, İsrail qüvvələri son 24 saat ərzində Zolaqda fələstinli ailələrə qarşı dörd yeni qırğın törədib, 42 mülki fələstinlini qətlə yetirib, 163 nəfəri yaralayıb.
Təcili yardım və mülki müdafiə ekipajları dağılmış binaların dağıntıları altından minlərlə mülki vətəndaşın cəsədini çıxara bilmir.
İsrail qüvvələri 321-ci gündür ki, Qəzza zolağına qarşı soyqırım aktını onlarla hava hücumu və artilleriya atəşinə tutmaqla və fəlakətli humanitar vəziyyətin ortasında mülki əhaliyə qarşı qırğınlar törətməklə davam etdirir.
KARUSEL / DÜNYA
Tarix: 22-08-2024, 18:07