Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Krallığın Palatalarının Nümayəndə heyəti ilə görüşüb

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Bakıda Krallığın Ticarət Palataları Federasiyasının prezidenti Həsən bin Müceb əl-Xuvayzi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Reportyor.az bu barədə Səudiyyə Ərəbistanı mediasına istinadla xəbər verir.
Görüşdə səfir qeyd edib ki, səfirlik iki ölkə arasında müvafiq qurumlarla koordinasiya yolu ilə ticarətin artırılması, investisiyaların cəlb edilməsi və investisiya imkanlarının təşviqi üzərində işləyir.

Səudiyyə Ərəbistanı nümayəndə heyətinə 65 biznes sahibi və müxtəlif dövlət qurumları və agentliklərinin nümayəndələri daxildir.
Reportyor.az


KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-10-2024, 11:12