mobil versiya

Malayziyanın keçmiş baş naziri Mahathir Mohamad xəstəxanadan buraxılıb




Malayziyanın təqribən 100 yaşlı keçmiş baş naziri Mahathir Mohamad tənəffüs yolu infeksiyası səbəbindən xəstəxanaya yerləşdirildikdən təxminən iki həftə sonra xəstəxanadan buraxılıb.

Reportyor.az xəbər verir ki, Mahathir  rəsmi olaraq xəstəxanadan buraxılıb və o, həmişəki kimi ofisdə işləyəcək.
Mahathir iyul ayında 99 yaşına çatıb, lakin ad günündən bir neçə gün sonra davamlı öskürək səbəbiylə xəstəxanaya yerləşdirillib.
O, bu ilin əvvəlində başqa bir müddətdə xəstəxanada təxminən üç ay keçirib.
Mahathir 1981-ci ildən 2003-cü ilə qədər və yenidən 2018-ci ildə 92 yaşında Malayziyaya rəhbərlik etdi, lakin iki il sonra onun koalisiyası daxili çəkişmələr səbəbindən dağılıb.
Mahathir 2022-ci ildə şok məğlubiyyətlə parlament kreslosunu itirdi, lakin siyasətdə fəallığını davam etdirir və Baş nazir Ənvər İbrahimin aparıcı tənqidçisi kimi ortaya çıxıb.
KARUSEL / DÜNYA
Tarix: 29-10-2024, 11:00