mobil versiya

Azərbaycanın əsl niyyəti bu idi, bizim əsas düşmənimiz... - Babayandan ŞOK ETİRAFLAR




Qarabağla bağlı bəyanat bizim üçün çox çətin oldu. Bu, "Brest-Litovsk" sülhünə bənzəyir, hətta ondan daha betərdir”.

Publika.az xəbər verir ki, bu sözləri Qarbağdakı keçmiş qondarma rejimin prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri David Babayan RİA "Novosti"yə müsahibəsində deyib.

O bildirib ki, baş verənlərin digər qüvvələrin deyil, öz günahları olduğunu anlamalıdırlar: “Hətta mən Türkiyə və ya Azərbaycanı günahkar görmürəm. Onlar ən dürüst düşmənlərdir. Heç vaxt əsl niyyətlərini gizlətmirdilər. Həmişə əsas məqsədlərinin Xankəndi, Şuşa və s. olduğunu söylədilər”.

Babayan əmindir ki, iki ölkə arasındakı hərbi gərginləşmənin nəticələri və nəticədə əldə olunan razılaşma üçün əsas məsuliyyət Ermənistan tərəfindədir: “Biz Azərbaycana və ya Türkiyəyə məğlub olmadıq, özümüzə məğlub olduq. Hər zaman bunu nəzərə almalıyıq. Yeni müharibənin strateji mahiyyətini müəyyənləşdirə bilmədik. Ancaq bu, müdafiə siyasətinin aparılması üçün ən vacib şərtlərdən biridir. Müharibə əsasən təmassız idi, itkilərimizin çoxu dronlardan oldu”.

Məlumat üçün bildirək ki, “Brest-Litovsk” Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni Bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı - Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsidir. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son sazişdir. Müqavilə 2 aylıq danışıqların nəticəsində, Ukraynanın Almaniya nəzarəti altında olan Bialistok-Qrodno əyalətinin Brest-Litovsk şəhərində imzalanıb. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının ittifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməyib. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanıb, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunub.

KARUSEL / GÜNDƏM / SİYASƏT
Tarix: 3-12-2020, 16:19