mobil versiya

Tonoyan öz torpağımızda Azərbaycanı hədələdi: “Hücum üçün əmr gözləyirik”



Ermənistanın müdafiə naziri David Tonoyan işğal edilən Dağlıq Qarabağa gəlib və burada qondarma rejimin “müdafiə ordusunun komandanı”, general-mayor Cəlal Arutyunyanla görüşüb.

Bu haqda məlumatı “Sputnik Armeniya” nəşri yayıb.

Onun yerli jurnalistlərə verdiyi müsahibəni qurumun mətbuat katibi Şuşan Stepanyan yayımlayıb.

“Qonşu ölkədən (Azərbaycanı nəzərdə tutur) “Hələ gec deyil” sözləri eşidilir və deyirlər ki,  erməni qüvvələri bu əraziləri tərk etməlidir. Gəlin anlayaq,  “Hələ gec deyil” ifadəsilə hansı vaxta işarə vururlar. Bizim analitik imkanlarımız bunun vaxt çərçivəsini qəbul etmir”. Tonoyan müsahibəsində deyib.

Nazir istənilən tədbirə (müharibə demək istəyir) hazır olduğunu  və yalnız əmr gözlədiyini söyləyib:

“Birincisi, elə təəssürat yaranmasın ki, biz əmr gözləmirik. Əslində biz də gözləyirik”.

Haşiyə: İstər Paşinyanın, istərsə də onun komandasındakı hər hansı bir məmurun Azərbaycanı hədələməsi ilk deyil. Nəticə isə göz qabağındadır. Ermənistan ictimaiyyəti üçün köklənən belə bəyanatlar yalnız qorxan itin hürməyinə bənzəyir. Son döyüşlər isə göstərdi ki, ermənilər meydanda tək qalıb, Azərbaycanla müharibə etməmək üçün min oyundan çıxırlar, müsahibələr verərək hər kəsdən imdad diləyirlər. Türkiyə hərbçilərinin Azərbaycanda təlim keçməsi onların bütün cinahlarının kövrək olduğu, sadəcə bir həmlə ilə dağılacağı anlamına gəlir…

Vaxt söhbətindən isə Tonoyan dolayısı yolla yayınmağa çalışıb və sadəcə bu çərçivəni qəbul etmədiyini deyib. Nazir əvvəllər səsləndirdiyi “Qarabağdan heç vaxt çıxmayacağıq, Azərbaycana bir qarış da torpaq verməyəcəyik” sözlərini təkrarlamayıb. Yəqin havadarları ona və xüsusi ilə də Paşinyana problemin necə həll ediləcəyinin əsil mahiyyətini başa salıblar: “Ermənistan ordusu təcili Azərbaycan torpaqlarından çıxmalı və sonra tərəflər danışıq masası ətrafına toplaşmalıdır”. Vəssalam…//KONKRET.az 
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 31-07-2020, 18:00