mobil versiya

SON DƏQİQƏ! Rusiyanın Azərbaycandan ŞOK İSTƏYİ – Zəngəzur dəhlizi ilə BAĞLI…




REPORTYOR.AZ xəbər verir ki, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Fəzail müəllim, Brüssel görüşündən sonra tərəflər arasında danışıqlarda aktivlik yaransa da, müəyyən durğunluğun olduğu bildirilir. Sizcə prosesin irəliləməsi hansı səviyyədədir?

– Demək olmaz ki, proses dayanıb. Amma kifayət qədər ağır gedir. Çünki Ermənistanda danışıqların gedişinə, konkret nəticələrin əldə olunmasına maneə olan “Qarabağ klanı” və onun ətrafındakılar var. Onlar Baş nazir Nikol Paşinyana çox ciddi müqavimət göstərirlər. Digər tərəfdən Rusiyanın Paşinyana rəsmi şəkildə ciddi müqaviməti var. İki tərəfdən müqavimət və təzyiqlə üzləşən N.Paşinyan bu gün olduqca çətin durumdadır. O nə qədər çalışsa da ki, manevr etsin alınmır, çünki imkanları kifayət qədər məhduddur. Həm də Paşinyan indiki vəziyyətdə hakimiyyətini itirməkdən qorxur. Çalışır ki, indi onu müdafiə edən sosial dayaqlarını da itirməsin. Digər tərəfdən Paşinyanı himayə edən, hakimiyyətə gətirən Qərb xüsusi ilə də Avropa İttifaqı israrlıdır ki, Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərində normallaşma baş versin. Sərhədlərin dəqiqləşməsi, kommunikasiyaların açılması, sülh sazişinin bağlanması Avropa İttifaqının maraqları çərçivəsindədir. Faktiki olaraq ortada Azərbaycan, Avropa İttifaqı və Türkiyənin maraqları var. Bu amil Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda bu proses Avropa və Türkiyənin də maraqları ilə uzlaşır. Çünki Avropa İttifaqı Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılmasında maraqlıdır. İndiki situasiyada Rusiya-Ukrayna müharibəsi fonunda yaranan vəziyyət məhz fərqli bir mənzərəni ortaya qoyub.
– Laçın şəhərindən kənardan keçəcək Laçın dəhlizinin tikintisi icra edilir. Zəngəzur və laçın dəhlizləri ilə bağlı prosesin gedişini necə qiymətləndirirsiniz?
– Bu məsələ ilə bağlı Azərbaycan Prezidentinin qətiyyətli mövqeyini ortadadır. Dövlət başçısı vurğuladı ki, Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də olmayacaq. Bu, Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Amma erməni tərəfi Zəngəzur dəhlizi üzərindən simulyasiya aparsa, bura həqiqi dəhliz statusunu verilməsini məhdulaşdırsalar, adekvat olaraq Azərbaycandan buna cavab olacaq. Sözsüz ki, Azərbaycanın alternativləri, təsir imkanları da var.
– Zəngəzur dəhlizinə alternativ olaraq İran üzərindən keçəcək dəhlizlə bağlı bu ölkə ilə imzalanan Memorandum nə dərəcədə təsirli görünür?
– İranla Azərbaycan arasında imzalanan Memoranduma uyğun olaraq Cənubi Zəngəzur dəhlizi deyilən bir dəhlizin açılması imkan var. Bu dəhliz Ermənistandan kənar keçir. Bununla da Ermənistan növbəti dəfə blokadada qalır. Onun regional kommunikasiyanın imkanlarından yararlanması mümkün olmur. Eyni zamanda Ermənistan Zəngəzur dəhlizindən əldə edəcəyi bu və ya digər dərəcədə dividentləri itirir. Sözsüz ki, dəhliz Azərbaycanın prinsipal mövqeyidir. Bundan Ermənistan bu və ya digər şəkildə istifadə edə bilməyəcək. Ona görə də Azərbaycan dəhliz məsələsində israrlıdır ki, burada hər hansı bir maneə olmadan hərəkət etmək mümkün olsun. Bu məsələdə Azərbaycanın mövqeyi ədalətlidir. Ermənistan isə bu məsələdən hansısa bir təzyiq kimi yararlanmağa cəhd edir. Nəticə etibarı ilə Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı istəyinə nail olacaq. Ola bilsin ki, Ermənistan revanşistlərin təsirlərindən yayınmaq üçün dəhliz məsələsinə gündəmdə bir qədər az yer verməyə çalışır.
– Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı mevqeyi necədir?
– Burada Rusiyanın da maraqları var. Rusiyanın üçün onun qatarlarının Zəngəzurdan keçərək Türkiyə və Ermənistana keçməsi vacibdir. Ona görə də Rusiyanı burada dəhliz anlayışı bir o qədər cəlb etmir. Əksinə Rusiyanın bu məsələdə olan mövqeyi Ermənistanla üst-üstə düşür. Amma bütün bunlara baxmayaraq nəticə etibarı ilə Azərbaycan bu məsələdə də öz istəyinə nail olacaq.


MANŞET / BANNER / SİYASƏT
Tarix: 7-06-2022, 10:49