Yaponiyada ünvanlarda nədən istifadə olunur?
Yaponiyada ünvanlarda əsasən küçə adlarının olmadığını bilirdinizmi?
Gəlin yapon ünvanlarının necə yazıldığına birgə nəzər salaq.
Yaponiyada ünvanlarda bir çox ölkələrdə istifadə olunan küçə adları sistemi deyil, əsasən rayon adları və rəqəmlər istifadə olunur. Ünvanlarda sıralanma böyük ərazi vahidlərindən başlayaraq kiçiyə doğru davam edir və poçt indeksi mütləq qaydada əvvəldə yazılır.
Gəlin birgə ünvan nümunəsinə nəzər salaq:
T100-8994
Tōkyō-to Chiyoda-ku Marunouchi 2-7-2
Tōkyō Chūō Yūbin-kyoku
✓ T işarəsi -poçt indeksi
"Tokyo-to" -Tokio şəhəri
✓ "Chiyoda-ku"- "Çiyoda" xüsusi administrativ rayonu
(Tokio şəhəri "ku" adlanan 23 administrativ rayona bölünür)
"Marunouchi 2-chome"- "Marunouçi" 2-ci şəhər qəsəbəsi ("çome” şəhər qəsəbələrinin bölgüsü olub, şəhər mərkəzinə yaxınlığına əsasən sıralanma ilə qeyd olunurlar.)
7-2 - Küçǝ(kvartal) və binanın nömrəsi
Tōkyō Chūō Yūbin-kyoku Tokio Mərkəzi Poçt İdarəsi
Bu cür ünvan sistemi ilə ünvanların daha asan tapıldığı qeyd olunur.
MARAQLI / KARUSEL
Tarix: 7-08-2024, 18:45